XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



29 Iyul
2021
23:55
965
29
Iyul
23:55



Fransa Sakit okeanda həyata keçirdiyi nüvə sınaqlarına görə Polineziyaya pul ödəyəcək

1966-cı ildən 1996-cı ilədək Sakit okeanda həyata keçirdiyi nüvə sınaqlarına görə Fransanın Polineziyaya dövlət borcu var.

 Xeberoxu.Az xəbər verir ki, bunu Fransız Polineziyasında səfərdə olan Prezident Emmanuel Makron paytaxt Papeete şəhərindəki çıxışı zamanı söyləyib. “Sizinlə doğru və şəffaf danışmaq istəyirəm və etiraf edirəm. Dövlətimiz bu məsələdə uzun müddət sükuta üstünlük verib. Sınaqlarla bağlı hərbi baxımdan həssas sənədlər müstəsna olmaqla, digər sənədlərin saxlanıldığı arxivlər açılacaq”, - deyə E.Makron bildirib.

Polineziyada keçirilmiş nüvə sınaqlarının nəticələri ilə bağlı təzminat məsələsinə toxunan Fransa Prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı işə baxılması prosesi təkmilləşdiriləcək. Prezident Makron Polineziyaya sərmayə yatırılacağını da açıqlayıb.

Xatırladaq ki, Fransa 17 il Saharada keçirdiyi nüvə sınaqlarını 1966-cı ildən Polineziyada həyata keçirməyə başlayıb. Mururoa və Fangataufa adalarında 30 il ərzində əvvəlcə atmosferdə, sonra isə yerin altında 193 nüvə sınağı keçirilib. Sabiq prezident Fransua Mitteranın qoyduğu moratoriuma baxmayaraq, Jak Şirakın qərarı ilə sonuncu nüvə sınağı 1976-cı ildə reallaşıb.

2016-cı ildə sabiq prezident Fransua Olland dənizaşırı əraziyə səfəri zamanı 30 illik nüvə sınaqlarının ətraf mühitə və sağlamlığa mənfi təsirlərinin olduğunu etiraf edib.


Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.