XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

08 Avq
2022
21:41
643
08
Avq
21:41



Ermənilər Laçını belə tərk edir -VİDEO

Özlərinə aid olmayanı zorla ələ keçirib qanunsuz olaraq məskunlaşmışdılar. Ancaq ədalət 30 il sonra öz yerini tapdı. Ermənilər Laçın şəhəri və koridor üzərində yerləşən kəndləri tərk edirlər. Proses Rusiya sülhməramlılarının nəzarəti altında məcburi qaydada həyata keçirilir

İşğal edib illərdir onlara aid olmayan torpaqda məskunlaşan ermənilər indi bu əraziləri məcburi qaydada tərk edirlər.

Azərbaycan torpaqlarında illərdir öz heyvanlarını otaran ermənilər qoyun sürülərini də toplayıb ərazini tərk etməyə tələsirlər. Özü də məcburi çıxarma prosesi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında keçirilir.

Üçtərəfli bəyanata əsasən Laçın şəhəri ilə yanaşı koridorun üzərində yerləşərək ermənilər üçün böyük önəm daşıyan Zabux kəndi də Azərbaycana təhvil verilir.

Dünyanın müxtəlif ölkələrindən gətirilərək qanunsuz olaraq yerləşdirilən ermənilər üçün tikilən evlərin hamısının zahirən oxşarlığı diqqət çəkir. Bu isə heç kimə sirr deyil ki, bu evlər erməni diasporunun çirkli pullarının hesabına inşa olunub. Ancaq önəmli məqam budur ki, Azərbaycanı zorakılıqda ittiham edən Ermənistan siyasi rəhbərliyindən fərqli olaraq Zabuxda yaşayan ermənilər bütün günahı elə separatçılarda görür.

Ərazidə qanunsuz məskunlaşan 200-ə yaxın erməni bu ərazilərin onlara aid olmadığının fərqindədirlər və istəkləri ancaq onlara kompensasiya verilməsi, İrəvana gedəndə küçəyə atılmaqdan xilas olmaqdır.

90-cı illərdə əhalisinin hamısı Azərbaycanlılardan ibarət olan Zabux kəndi nəhayət 30 ildən sonra öz gerçək sahiblərini salamlayacaq.

Onu da qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə uyğun olaraq Laçın koridoruna alternativ yolun çəkilişini Azərbaycan artıq başa çatdırıb və buna görə də ermənilər 5 km enində olan koridor ərazisindəki bütün Azərbaycan torpaqlarını tərk etməyə məcburdurlar


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.