XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

09 Avq
2022
18:04
527
09
Avq
18:04



Ceyhun Bayramov Qarabağdakı son gərginliyin səbəbini AÇIQLADI

“Ən son gərginlik Qarabağ bölgəsində bir neçə gün bundan öncə baş verib. Bunun əsas səbəbi ondan ibarətdir ki, Vətən müharibəsi başa çatandan və üçtərəfli bəyanat imzalandıqdan sonra biz bir neçə dəfə gərginliyin yaşanmasının şahidi olmuşuq. Bunların hamısının səbəbi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir”.

 

Xeberoxu.Az “report” istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-inə müsahibəsində deyib.

“Biz öhdəliklərin yerinə yetirilməməsi dedikdə konkret olaraq erməni silahlı dəstələrinin Qarabağ bölgəsindən çıxarılması mövzusunu nəzərdə tuturuq. Çünki Ermənistanın üçtərəfli bəyanata əsasən belə bir öhdəliyi var idi. Sülhməramlı qüvvələr bölgəyə daxil olan zaman qanunsuz erməni silahlı dəstələri oradan çıxarılmalı idi. Bunun əksinə olaraq orada hələ da qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Avqustın 3-də isə onlar tərəfindən növbəti təxribat törədilib. Səhər saatlarında həmin təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin gənc əsgəri şəhid olmuşdu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri elə həmin gün “Qisas” əməliyyatına start verib. Əməliyyat avqustun 3-də davam etdi. Qarabağ bölgəsində düşmənə sarsıdıcı zərbələr endirildi. Çoxsaylı müraciətlər və vasitəçilər tərəfindən qaldırılan müraciətlər nəticəsində axşam saatlarında əməliyyat dayandırıldı”, - XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan təxribatlara son qoyulmasını tələb edir: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir və bununla da gələcəkdə belə hallara yol verilməməlidir. Azərbaycanın bununla bağlı yanaşması birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycanın öz suveren ərazilərində hansısa qanunsuz erməni silahlı dəstələrinin qalmasına yol verilməyəcək və bu tələb yerində olmaqla qalır. Bu dəfələrlə səsləndirilib. Hesab edirik ki, erməni tərəfi buna çox ciddi yanaşmalıdır”.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər Siyasət xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.