Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



21 Noy
2020
16:27
2120
21
Noy
16:27



Ağdamda 1000-ə yaxın müxtəlif cinsli ağac əkilib - ETSN

İşğaldan azad olunmuş Ağdam rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla və böyük ruh yüksəkliyi ilə ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən XeberOxu.Az-a bildirilib ki, nazirliyin Ağdamda ağac əkilməsi çağırışına rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə digər qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri də sevinc və fəxrlə qatılıb.

Hər kəs Qarabağ bölgəsində Ermənistanın işğalçı ordusu tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına, Ağdamın gözəlləşməsinə, doğma torpaqlarımıza Böyük Qayıdış təntənəsinə öz töhfəsini verməyə çalışıb.

Ölkə üzrə həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində Ağdam rayonu ərazisində də baş tutan aksiyada, əsasən yerli şəraitə uyğun Şərq çinarı olmaqla, 1000-dək müxtəlif cinsli ağac əkilib, palıd və digər meşəcinsli ağac toxumları səpilib.

Xatırladaq ki, işğaldan azad olunmuş Füzuli və Zəngilan rayonlarının ərazilərində də yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyaları keçirilib və bu cür kütləvi ağacəkmə tədbirlərinin bütün Qarabağ bölgəsində təşkili nəzərdə tutulur.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ev yanıb







Yardımlıda mağaza yanıb







Bakıda sex yanıb







Zəngilanda yük maşını aşıb, sürücü ölüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.