Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



21 Noy
2020
12:48
2090
21
Noy
12:48



Ağdamın keçmiş təmas xəttində yerləşən kəndlərində pambıq yığımına başlanıldı

Ağdam rayonunda, keçmiş təmas xəttinin sıfır nöqtəsində yerləşən Mirəşelli kəndində pambıq yığımı həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin Fermer Koordinasiya Şurasının üzvü, pambıqçı Eldar Qasımovun sahəsində pambıq yığımı zamanı orta məhsuldarlıq 40 sentnerdən çox olub.

Fermer jurnalistlərə açıqlamasında bildirib ki, Mirəşelli kəndinin əkin sahələri erməni silahlı birləşmələrinin mütəmadi atəşinə məruz qalsa da, kənd camaatı əkin prosesinin təqvim planına görə həyata keçirib. Sentyabrın 27-dən başlayan əks-həmlə əməliyyatları pambıq yığımı dövrünə təsadüf edib, mülki əhalinin, kənd təsərrüfatı texnikasının mütəmadi atəşə tutulması nəticəsində təmas xəttinə yaxın ərazilərdə yığımı həyata keçirmək çətinləşib. Noyabrın 10-dan Rusiya rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanmasına dair anlaşma bəyanatı imzalandıqdan sonra Ağdam rayonunun atəş xəttinə yaxın ərazilərində pambıq yığımına start verilib: “Ötən il 47 sentner məhsul götürmüşdüm. Bu il məlum səbəblərdən yığım prosesi bir qədər ləngidi. Buna rəğmən ilk yığımda 40 sentnerdən çox məhsul götürmüşəm. İkinci yığımda bu göstərici daha da yüksələcək. Ordumuzun zəfəri sayəsində artıq təmas xətti anlayışı keçmişdə qaldı, növbəti ildən torpaqlarımızı daha rahat əkib-becərəcək, daha çox məhsul götürəcəyik. Kənd təsərrüfatına verdiyi dəstəyə görə, bu çətin günlərdə yanımızda olduğuna görə dövlətə, müvafiq qurumlara öz minnətdarlığımı bildirirəm”.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il pambıqçılıqda ölkə üzrə orta məhsuldarlıq göstəricisi çox yüksəkdir: “Fermerlərimiz bugünədək sahələrdən 310 min tona yaxın məhsul yığaraq qəbul məntəqlərinə təhvil veriblər. Ötən il pambıq mövsümünün yekununda 295 min ton məhsul yığılmışdı. Hazırda pambıq üzrə orta məhsuldarlıq 31 sentner təşkil edir. Pambıq əkini həyata keçirilmiş 21 rayondan 9-da orta məhsuldarlıq 30 sentneri keçib. Pambıq yığımı hələ davam edir, mövsümün yekununda Azərbaycan pambıqçılıq tarixində nadir qeydə alınan yüksək orta məhsuldarlıq göstəricisi əldə edəcəyimizi gözləyirik”.

Nazirlik rəsmisi bildirib ki, sentyabrın 27-dən başlayaraq erməni hərbi birləşmələrinin atəş xəttinə yaxın əraziləri mütəmadi atəşə tutması, mülki əhalini, aqrar infrastrukturu, kənd təsərrüfatı texnikasını hədəfə alması həmin ərazilərdə pambıq yığımını həyata keçirməkdə çətinliklər yaradıb: “Bu səbəblərdən ötən il yüksək məhsuldarlıq qeydə alınmış Tərtər və Ağdam rayonlarında, Füzuli, Ağcabədi və Bərdənin atəş xəttinə yaxın ərazilərində pambıq yığımını həyata keçirmək çətinləşmişdi. Bu rayonlar həm də pambıqçılıq ənənələrinə malik, hər il məhsuldarlıq göstəricilərini yeniləyən pambıqçılıq rayonlarımızdır. Noyabrın 10-dan sonra həm Ağdamda, həm Tərtərdə, həm də digər qeyd olunan ərazilərdə pambıq yığımına start verilib. Yığımın vaxtında başa çatması üçün bu rayonlara əlavə kənd təsərrüfatı texnikaları göndərilib. Bugünədək Ağdam rayonunda orta məhsuldarlıq 23,69 sentnerə çatıb, Tərtər rayonunda bu göstərici 23,89 sentnerdir. Mövsümün sonuna kimi hər iki rayonda orta məhsuldarlığın artaraq ötən ilki səviyyəyə çatmasını gözləyirik. Ağdam və Tərtər rayonlarında pambıq sahələrində məhsulub bol olması bunu söyləməyə əsas verir”.

Qeyd edək ki, ölkə üzrə pambıq yığımı davam edir. Yığım prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Goranboyda güclü yanğın olub: 1 ölü, 1 yaralı







Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb-VİDEO







Sumqayıtda mənzildə qadın meyiti tapılıb







Bakıda qadın sürücünün yolunu kəsən şəxs 20 sutka həbs edildi


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.