XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



29 Iyul
2021
16:17
877
29
Iyul
16:17



“Buta Airways” İzmirə reysləri artırır

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” sabahdan Bakıdan Türkiyənin kurort şəhəri olan İzmirə xüsusi reyslərin sayını artırır.

Xeberoxu.Az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumatda deyilir ki, yay uçuş cədvəli çərçivəsində, həftədə üç dəfə (çərşənbə, cümə və bazar günləri) Bakı-İzmir-Bakı istiqamətində yerinə yetirilən gündəlik reyslərə daha bir reys əlavə olunacaq. Bununla da bu istiqamətdə reyslərin sayı həftədə 10 dəfəyə çatdırılacaq.

Ölkədə epidemioloji vəziyyətlə və məhdudiyyətlərin tətbiqi ilə əlaqədar aviaşirkət biletləri yalnız iki tarif - "Standart" və "Super" tarifləri üzrə təklif edir.

Hər iki tarifə təyyarədə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından ("Super" və "Standart" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz. Aviabiletin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Pandemiya ilə əlaqədar tətbiq edilən bütün rəsmi prosedurlardan əvvəlcədən keçmək üçün sərnişinlərə qeydiyyatdan üç saat əvvəl hava limanına gəlmələri tövsiyə olunur.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey

Azərbaycana gələn sərnişinlərin həmçinin ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaları tövsiyə edilir: https://www.butaairways.az/az/covid/azerbaijan

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı ötən il dekabrın 6-dan İzmirə xüsusi reyslər həyata keçirir.

Türkiyə və Azərbaycan arasında imzalanmış şəxsiyyət vəsiqəsi ilə səfər haqqında protokola əsasən, bu il aprelin 1-dən iki ölkə vətəndaşları sadəcə yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə birbaşa səfərlər edə bilərlər.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.