XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



29 Iyul
2021
20:00
925
29
Iyul
20:00



Bakıda diplomatiya həftəsi başa çatıb

Azərbaycan Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda diplomatiya həftəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak ediblər.

 Xeberoxu.Az xəbər verir ki, layihənin bağlanış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanda fəaliyyət göstərən 15 könüllü təşkilat və hərəkatların nümayəndələrinin iştirakı ilə keçirilən diplomatiya həftəsinin bağlanış mərasimində layihədə iştirak edən könüllülərin fəaliyyətini əks etdirən "Azərbaycan könüllülərinin bir günü" videosu təqdim edilib.

Tədbirdə, həmçinin diplomatiya həftəsi çərçivəsində həyata keçirilən görüş və fəaliyyətlər barədə yekun hesabat videosu nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin yüksək əhəmiyyətindən bəhs edərək, Diplomatiya həftəsinin hər bir azərbaycanlı üçün rəmzi məna daşıyan Zəfərimizə həsr olunmasının vacibliyi haqqında danışıb. Həftə ərzində müxtəlif sahələr üzrə keçirilmiş görüşlərin əhəmiyyətini qeyd edibvə sözügedən görüşlərdə iştirak edən yüksək səviyyəli nümayəndələrə təşəkkür edib. Nazir Ceyhun Bayramov eyni zamanda, könüllülük hərəkatı çərçivəsində Azərbaycan gənclərinin dövlətimizə, cəmiyyətimizə verdiyi töhfədən geniş danışaraq, könüllülüyün təkcə bir hərəkat deyil, həmçinin, Azərbaycan xalqı üçün bir ənənə və həyat tərzi mahiyyəti kəsb etdiyini bildirib. Nazir diplomatiya həftəsinin Azərbaycanda fəaliyyət göstərən 15 könüllü təşkilatının könüllülərini əhatə etməsini yüksək qiymətləndirərək, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu edib. Daha sonra, iştirakçılara sertifikatların təqdim olunması mərasimi keçirilib və diplomatiya həftəsinin 40-a yaxın iştirakçısı sertifikatla təltif olunub.

Diplomatiya həftəsinin yekunlaşması ilə əlaqədar, tədbirə ev sahibliyi edən ADA Universitetinin rektoru Hafiz Paşayev, bütün iştirakçıları təbrik etdi və gənclərə öz dəyərli tövsiyələrini verib. Rektor, hər bir Azərbaycan vətəndaşı üçün tariximizin bu qürurverici səhifəsinin vacibliyi və əhəmiyyətindən ətraflı danışıb. Hafiz Paşayev, həmçinin təhsil aldığı sahədən asılı olmayaraq hər bir Azərbaycan gəncinin tariximizi yaxşı öyrənməli və bilməli olduğununun vacibliyini vurğuladı. Rektor, diplomatiya həftəsinin yekunlaşması ilə əlaqədar olaraq iştirakçıları təbrik edib və gələcəkdə seçdikləri sahənin peşəkarı olmalarını tövsiyə edib.


Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.