XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



29 Iyul
2021
23:00
1061
29
Iyul
23:00



İsrail mediasında Azərbaycanın bu ölkə ilə əlaqələrindən yazılıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin İsrailin nüfuzlu “Israel Hayom” nəşrində “Azərbaycan və İsrail: dəyərlərə söykənən dostluq” başlıqlı məqaləsi dərc olunub.

 Xeberoxu.Az xəbər verir ki, məqalədə iki ölkə arasında çox sıx təhlükəsizlik, ticarət, turizm və humanitar əməkdaşlıq əlaqələrinin mövcudluğu qeyd olunub. Bildirilib ki, İsrail Azərbaycana müasir silahların əsas tədarükçülərindən biridir və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsində bu silahlardan çox yaxşı istifadə olunub. Eyni zamanda, Azərbaycanın İsrailə nəzərəçarpacaq miqdarda neft ixrac etdiyi vurğulanıb.

Müəllif qeyd edir ki, son aylarda İsraildə bəzi media vasitələri Azərbaycanla əlaqələrin yenidən nəzərdən keçirilməsinin vacibliyini yazaraq bu əlaqələrin “silah üçün neft” məqsədləri üzərində qurulduğunu bildirirlər. Onlar iddia edirlər ki, Ermənistan “soyqırımı”na məruz qalmış ölkədir və liberal dəyərlərə malikdir. Həmçinin onlar İsraillə mürəkkəb münasibətlərdə olan Türkiyə ilə Azərbaycanın sıx dostluq əlaqələrinin olması amilini irəli sürürlər. Müəllif yazır ki, bu arqumentlərin heç biri İsraillə Azərbaycan arasında münasibətlərin soyuması üçün əsas təşkil etmir. Bildirilir ki, Azərbaycanla İsrail arasında münasibətləri “silah üçün neft” səviyyəsinə endirmək tarix qarşısında haqsızlıqdır. Belə ki, son 100 ildə tat dilli yəhudilərdən başqa Azərbaycana minlərlə Aşkenazi yəhudisi köçüb. Onlar burada bir daha tolerantlığın şahidi olublar və iki xalq arasında qarşılıqlı evliliklər baş tutub. Bu gün qarışıq irsin nümayəndələri iki ölkə arasında sıx siyasi, ticari və mədəni əlaqələrin qurulmasında vacib rol oynayırlar. Bir sözlə, Azərbaycan neft, İsrail isə silah istehsal etməmişdən öncə də iki etnik qrup arasında müsbət əlaqələr mövcud olub.

Liberal dəyərlər məsələsinə toxunan müəllif yazır ki, etnik təmizləmə, işğal, və mədəni irsin dağıdılmasından əziyyət çəkən xalq kimi azərbaycanlılar erməni lobbisinin təsirinə düşmüş həmin media nümayəndələrinin daha çox diqqətinə layiqdirlər.

Qeyd olunur ki, ermənilərin türk xalqına qarşı aşağılayıcı münasibəti 1930-cü illərdə nasizmdən təsirlənərək Qaregin Njde tərəfindən əsası qoyulmuş və erməni xalqının aliliyini əks etdirən “Tsexakron” nəzəriyyəsindən irəli gəlir.

Türkiyə ilə bağlı məsələnin bir qədər mürəkkəb olduğunu deyən müəllif bildirir ki, Türkiyə Azərbaycanın ən sıx müttəfiqidir, lakin Bakı bu ilin mayında baş vermiş Qəzza böhranında olduğu kimi özünün xarici siyasət prioritetlərini irəli sürür. Həmçinin yüksək səviyyəli Azərbaycan rəsmiləri Türkiyə ilə İsrail arasında əlaqələrin yenidən yaxşılaşması üçün vasitəçilik təklifləri irəli sürüblər. Fərid Şəfiyevin fikrincə, iki ölkə arasında əlaqələr tələsik qərarların qurbanı olmamalıdır.

Sonda müəllif ümid etdiyini bildirir ki, bir gün Ermənistan-Azərbaycan münasibətləri qarşılıqlı ərazi bütövlüyünə hörmət və iqtisadi əməkdaşlıq şəkilində qurulacaq. Otuz il işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycan xarici tərəfdaşlarını azad edilmiş ərazilərin bərpasına kömək göstərməyə dəvət edib və İsrail artıq kənd təsərrüfatı və tikinti sahəsində bir sıra layihələr irəli sürüb.


 

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.