Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Iyul
2019
14:01
1002

08
Iyul
14:01



Akademik: Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması ölkə rəhbərliyinin bu məsələyə ayırdığı xüsusi diqqətin nəticəsidir

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi daha bir uğurdur.

XeberOxu.az xəbər veriki,bunu Trend-ə açıqlamasında millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, bu qərarın qəbul edilməsi Azərbaycanın UNESKO çərçivəsində apardığı gərgin fəaliyyət, eyni zamanda ölkə rəhbərliyinin bu məsələyə ayırdığı xüsusi diqqətin nəticəsidir:

“Uzun müddətdir Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına daxil edilməsi istiqamətində iş aparılırdı. Çünki bunun üçün Ümumdünya İrs Komitəsi tərəfindən bir sıra şərtlər irəli sürülürdü. Sonunda ölkəmiz tərəfindən görülən işlər öz nəticəsini verdi və Azərbaycan öz istəyinə nail oldu.

Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması ilə bağlı qərarın UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində verilməsi isə xüsusi əhəmiyyət kəsb edir. Çünki İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq aləmdə yüksək dəyər verilməsinin, eyni zamanda ölkəmizin ümumdünya mədəni irsinin qorunması istiqamətində gördüyü işlərin dünya tərəfindən qəbul olunmasının göstəricisidir”.

Millət vəkili əlavə edib ki, Azərbaycan dövləti ölkəmizin mədəni abidələrinin qorunması istiqamətində ölkə xaricində də mühüm işlər həyata keçirir:

“Görülən bu işlər nəticəsində Azərbaycanın Dünya İrs Siyahısına daxil edilən abidələrinin sayı artmaqdadır. Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Əlbəttə ki bu, ölkəmizin böyük uğurudur”.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az