Alban mətnlərini tədqiq edən gürcü tarixçi vəfat edib
Dünyaca məşhur gürcü tarixçisi və dilçisi, qafqazşünas alim Zaza Aleksidze dünyasını dəyişib.
Xeberoxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, o, bu gün vəfat edib.
Zaza Aleksidze 1935-ci ilin 3 avqustunda anadan olub. Bir sıra elmi araşdırmaların nəticəsi kimi mükafatlar alıb. Onun ən son aldığı mükafat "Fransız Renessansı" qızıl medalı olub.
O, həmçinin 2022-ci ildə dünya mədəniyyətinə verdiyi töhfəyə görə də mükafatlandırılıb.
Zaza Aleksizde, eyni zamanda, albandilli mətnlərin deşifrə edilməsinə də nail olub, mətnləri oxuya bilib. Belə ki, Sinay monastrında tapılan əlyazmanın gürcü və erməni əlifbası ilə yazılmadığı ortaya çıxdıqdan sonra görkəmli alim həmin əlyazmanı vaxtilə Mingəçevirdə tapılan əlyazma ilə tutuşdurmuş, onun alban dilində yazıldığını sübut etmişdir.
Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.