Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








05 Dek
2018
17:12
162



Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri nazir Sahil Babayevlə görüşüb

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib.

Cari tədbir hal-hazırda əmək bazarında davam etdirilən islahatlar mövzusuna həsr olunub və tədbirin fəxri qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olub.

Tədbir AHK Azərbaycanın İcraçı Direktoru Tobias Baumannın salamlama nitqi ilə açılıb və KPMG Azərbaycan Limited şirkətinin vergi məsələləri üzrə direktoru Rizvan Qubiyevin “Qeyri-rəsmi məşğulluq ilə mübarizənin vergi siyasəti yolu ilə tənzimlənməsində beynəlxalq təcrübə” adlı təqdimatı ilə davam edib.

Daha sonra S.Babayev “Azərbaycanda əmək bazarı islahatlarının həyata keçirilməsi” adlı məruzə ilə çıxış edib. İnsan amilinin dövlət siyasətinin başlıca xətti olduğunu vurğulayan S.Babayev bu il əmək bazarında aparılan islahatların 4 əsas istiqaməti əhatə etdiyini qeyd edib: Pensiyanın avtomatlaşdırılması; “DOST” mərkəzlərinin yaradılması; e-sosial internet portalının istifadəyə verilməsi və məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması. Nazir məşğulluq sahəsində elektron xidmətlərin genişləndirilməsinin və Nazirlik tərəfindən göstərilən 124 xidmətin vahid pəncərə altında, sadələşdirilmiş şəkildə və heç bir məhdudiyyət olmadan həyata keçirilməsinin şəffaflığın və effektivliyin təminatında mühüm rol oynadığını qeyd edib.

O cümlədən, qeyd olunub ki, Azərbaycan Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə bağlı layihələrinin icrası işləri yekunlaşmaq üzrədir və ilk “DOST” mərkəzinin 2019-cu ilin ilk aylarında istifadəyə verilməsi planlaşdırılır.

Nazir bildirib ki, vətəndaşların dövlət sosial xidmətləri ilə bağlı Nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, əlillik və s. üzrə) özündə ehtiva edən “e-sosial” internet portalı artıq fəaliyyət göstərir və portalın təkmilləşdirilməsi istiqamətində aparılan işlər növbəti il ərzində davam etdiriləcək.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]