XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

01 Avq
2022
18:23
543
01
Avq
18:23



Almaniyanın MARS II raket sistemləri Ukraynaya gəldi - FOTO
Ukrayna Almaniyadan MARS II buraxılış raket sistemləri (MLRS) alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat yayıb.

"Long Hand ailəsinin üçüncü “qardaşı” olan Almaniyanın MARS II raket sistemləri Ukraynaya gəlib. Bu sistemlərə görə Almaniyaya və şəxsən mənim həmkarım müdafiə naziri Kristina Lambrextə təşəkkür edirəm. Topçularımız alman tərəfdaşlarını salamlayır", - o, Twitter-də yazıb.

Ukraynanın neçə MARS II aldığı dəqiqləşdirilməyib.

İyulun 26-da Almaniyanın müdafiə naziri Kristina Lambrext Almaniyanın Ukraynaya vəd edilmiş MARS II qurğularını təhvil verdiyini açıqlayıb. Bundan əlavə, Kiyev daha üç PzH 2000 özüyeriyən artilleriya qurğusu alıb.

İyunun sonunda Almaniya hökuməti birbaşa Ukraynaya verilən silahların siyahısını dərc edib.

Xüsusilə, martın sonundan etibarən Almaniya Kiyevə əsasən minalar, əl qumbaraları verib. İyun ayında Ukraynaya Almaniyadan yeddi tank əleyhinə haubitsa gətirilib. Deutsche Welle yazır ki, Ukrayna aprelin əvvəlində Kiyevə vəd edilən ilk üç Gepard özüyeriyən zenit silahını keçən həftə əldə edib.

Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə yolda meyit tapılıb








Azərbaycanda film kimi hadisə: Oğru ev sahibi ilə… -VİDEO








Külək məcburi köçkünlərin yaşadığı evi yararsız hala saldı - VİDEO








Cəlilabadda AĞIR QƏZA: İki hərbçi öldü -FOTO



Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.