Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Sen
2019
17:05
738

06
Sen
17:05



Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub - Azərbaycanda

Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Xeberoxu.Az-a verilən məlumata görə, hamiləliyin planlaşdırılması, uşağın sağlam inkişafı və doğuşunda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimlərinin böyük əməyi olub.

Klinikanın endokrinoloq-ginekoloqu Natəvan Axundovanın sözlərinə görə, 26 yaşlı qadın altı il əvvəl açıq hipertenziyalı hidrosefaliya xəstəliyini keçirib və sağ tərəfli ventrikuloperitoneal şuntlama əməliyyatı olunub.

“Hidrosefaliya beyinə mayenin toplanması nəticəsində kəllədaxili təzyiqin artması və ümumi beyin əlamətləri, görmə qabiliyyətinin pozulması ilə müşahidə olunan patologiyadır. Ventrikuloperitoneal şuntlama əməliyyatı zamanı beyin mədəciklərindən şunt vasitəsilə maye qarın boşluğuna açılır və beyin artıq maye yüklənməsinə məruz qalmır. Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyasından sonra xəstədə şiddətli baş ağrıları, başgicəllənmə, ürəkbulanma, qusma, ikigörmə şikayətləri, obyektiv müayinədə göz dibində başlanğıc durğunluq əlamətləri olub.

Qadın ailə qurduqdan 5 ay sonra hamiləliyi planlaşdırmaq məqsədilə klinikaya müraciət edib. Xəstədə hormonal fon normallaşdıqdan sonra hamilə qala bilib. Lakin xəstənin hamiləlik dövrü də rahat keçməyib. Belə ki, erkən və gec düşük, vaxtından əvvəl doğuş təhlükələri, dölün bətndaxili inkişafının ləngiməsi və simptomsuz bakteriyauriya müşahidə edilib. Həmin patologiyalar vaxtında korreksiya edilib. Hamiləlik dönəmində baş beyinlə bağlı heç bir fəsadlaşma qeydə alınmayıb. Mütəmadi olaraq neyrocərrahla konsultasiyalar aparılıb. Nəhayət hamiləliyin 36-cı həftəsində qadın doğum şöbəsinə daxil olub və neyrocərrahın iştirakı ilə Qeysəriyyə kəsiyi əməliyyatı icra edilib. Qadın çəkisi 2 kiloqram 450 qram, boyu 50 santimetr olan sağlam körpə dünyaya gətirib. Artıq ana və yenidoğulmuş evə yazılıblar”, - deyə mütəxəssis qeyd edib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az