Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Iyul
2019
18:46
1005

17
Iyul
18:46



Aprel şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində yeni bir istiqamət kimi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin iştirakı ilə şəhidlərin uşaqları üçün yay düşərgəsinin təşkili layihəsi reallaşdırılır.

XeberOxu.az-ın məlumatına görə, nazirlik Aprel şəhidlərinin uşaqlarından (23 nəfər), eləcə də azyaşlı olanların valideynlərindən (7 nəfər) ibarət 30 nəfər üçün İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində yay düşərgəsi təşkil edib. 17-26 iyul tarixlərini əhatə edəcək yay düşərgəsinin təşkilində məqsəd həmin uşaqların yay tətilini daha maraqlı və yaddaqalan, səmərəli keçirmələrinə şərait yaratmaqdır.

İstirahət müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar, viktorinalar təşkil ediləcək. Onlar üçün həmin bölgənin mədəni-tarixi yerlərinə ekskursiyaların, intellektual yarışların və s. keçirilməsi də nəzərdə tutulur.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az