29 Iyun
2020
15:03
3143

29
Iyun
15:03



Astarada narkotik becərən 3 qonşu saxlanıldı

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 3 nəfər rayon sakini saxlanılıb. Onlardan ümumilikdə 128 ədəd çətənə kolu və 6 kiloqram 710 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XeberOxu.Az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayonunun Sərək kənd sakini Kamal Ramazanovun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı böyürtkən kollarının arasında kultivasiya yolu ilə əkib becərdiyi hər biri 1,5 -2 metr hündürlükdə olan 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Davam edən axtarış tədbirləri ilə saxlanılan şəxsin həyətindəki toyuq hinində gizlətdiyi 3 ədəd bağlamada ümumi çəkisi 6 kiloqram 710 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə Sərək kənd sakinləri Orxan Ramazanovun həyətində becərdiyi 15 ədəd, Pərviz Ramazanovun həyətindən isə 4 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılacaq







Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsindən azad edildi







Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır - RƏSMİ







Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.