XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



07 Apr
2021
08:51
379
07
Apr
08:51



Avropa İttifaqının rəhbərləri Türkiyəyə səfər ediblər

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarı Mişel və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Türkiyəyə səfər ediblər.

XeberOxu.Az-ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qonaqları Ankarada qəbul edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarı Mişel vurğulayıb ki, Aİ-nin strateji məqsədi Şərqi Aralıq dənizində təhlükəsizlik və sabitlik, Türkiyə ilə qarşılıqlı səmərəli və faydalı münasibətlərdir.

Gündəlikdə olan digər məsələlər barədə fikir və mülahizələrini bölüşən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen vurğulayıb ki, Türkiyə 4 milyon qaçqına ev sahibliyi edir. O, qeyd edib ki, Avropa İttifaqının qaçqınlarla bağlı yardımlarını davam etdirməsi məsələsində qərarlıyıq.

Avropa İttifaqı rəhbərlərinin Türkiyəyə səfərini yüksək dəyərləndirən Prezidentin müşaviri İbrahim Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı ilə əlaqələrdə Türkiyənin perspektivlərini ortaya qoyduğunu xatırladaraq müzakirə olunan məsələlər barədə ümumi məlumat verib.

Görüşdə həmçinin davamlı sabitlik və təhlükəsizlik naminə DEAŞ, PKK/YPG və FETÖ kimi terror təşkilatlarına qarşı ortaq mübarizə aparmağın əhəmiyyəti dilə gətirilib.

Xatırladaq ki, martın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqı Şurasının Prezidenti Şarı Mişel və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen keçirdikləri birgə videokonfransda qarşılıqlı münasibətlər, regional proseslər, o cümlədən koronavirus pandemiyası ilə birgə mübarizəyə dair müzakirələr aparıblar.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.