XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



16 Avq
2022
17:10
649
16
Avq
17:10



Lazada insident oldu - 2 nəfər saxlanıldı

Qəbələnin Laza kəndi yaxınlığında insident baş verib.

 

Xeberoxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl polis əməkdaşları Laza kəndində “Ural” markalı yük avtomobilinin Dəmiraparan çayının içi ilə dağın zirvəsinə doğru hərəkət etdiyini və yük yerində 20-25 nəfər daşıdığını aşkar ediblər. Dərhal yük maşını saxlanılıb. Məlum olub ki , avtomobilin sənədləri qaydasında deyil, texniki təhlükəsizlik qaydalarına əməl olunmayıb. Həmçinin sürücü kabinasında olan 2 nəfər özlərini tur rəhbəri kimi təqdim edərək səs-küy salıb. Bu zaman insident baş verib və polis əməkdaşları onlara müqavimət göstərən şəxsləri saxlayaraq Qəbələ Rayon Polis Şöbəsinə aparıblar.

Buradakı araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Kərimov Vüqar və Salmanov Elman adlı vətəndaşlardır. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.

Məhkəmədə bildirilib ki, saxlanılan şəxslər Lazadan Mucuq şəlaləsinə turistləri hər birindən 20 manat müqabilində texniki tələblərə cavab verməyən “Ural” markalı yük maşının kuzasında şəlaləyə aparırmış.

Onlar bildiriblər ki, Mucuq şəlaləsinə qalxan yolu əl əməyi ilə açıblar və xeyli iş görüblər.

Məhkəmə saxlanılan şəxslərin hər ikisinə pul cəriməsi təyin edərək sərbəst buraxıb.

Qeyd edək ki, son günlərdə DYP əməkdaşları Laza kəndində yaşamayan şəxsləri kənd ərazisinə avtomobillə buraxmır. Bu məsələ ilə bağlı ərazidə dəfələrlə gərginlik yaranıb.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Hadisə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.