# EVDƏQAL
# EVDƏQAL



26 Mart
2020
17:42
5295

26
Mart
17:42



Azərbaycan Beynəlxalq Bankı pensiya kartlarının müddətini uzatdı

Ölkəmizdə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı növbəti addımını atıb. Bu xəstəliyin xüsusilə yaşlı insanların səhhəti üçün doğurduğu təhlükələri nəzərə alaraq Bank pensiyaçıların banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün “Böyüklərə hörmətlə” təşəbbüsünü elan edib.

Bankdan Xeberoxu.az-a bildirilib ki, bu təşəbbüs çərçivəsində, ilk növbədə, müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır. Bununla da pensiya kartının müddəti tamamlanmış yaşlıların kartlarını yeniləməkdən ötrü banka gəlmələrinə daha ehtiyac qalmır. Kart sahibləri yalnız Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən istifadə etmək şərtilə növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları nağdsız ödənişlər üçün də keçərlidir. Bu kartlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının POS terminallarında məhsul və xidmətlərin dəyərini nağdsız ödəmək olar.

“Böyüklərə hörmətlə” təşəbbüsünün məramına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı pensiyaya yenicə çıxmış, amma pensiya kartını hələ bankdan götürməmiş şəxslərə kartların evlərində çatdırılması, eyni zamanda ucqar yaşayış məntəqələrində yaşayan pensiyaçılar üçün səyyar ATM-lərin göndərilməsi istiqamətində də tədbirlər hazırlayır. Bu barədə əlavə məlumat veriləcək.

Azərbaycan Beynəlxalq Bankı bütün müştəriləri kimi pensiya kartı sahiblərinə də ödənişlərini mümkün qədər nağdsız aparmağı tövsiyə edir. Bu zaman onlar həm bankın yaratdığı kəşbək imkanlarından faydalanacaq, həm də dövriyyə zamanı əldən-ələ keçərək infeksiyanın yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmuş olacaqlar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.