![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
16 Dek 2021
18:36
![]() |
16
Dek 18:36
![]() Azərbaycan Premyer Liqası: "Sabah" ili qələbə ilə başa vurub Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib. "Sabah" klubu səfərdə "Səbail"lə qarşılaşıb. "ASCO Arena"dakı görüş Murad Musayevin baş məşqçi olduğu komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində qolları 33-cü dəqiqədə Coy-Lens Mikels, 46-cı dəqiqədə Ceyhun Nuriyev və əsas vaxtın sonuna əlavə olunmuş 4-cü dəqiqədə Xuan Kamara vurub. Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Sabah" ili 5-ci pillədə başa vurub. 10 xalı olan "Səbail" isə sonuncudur. Tura bu gün oynanılacaq "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq. Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib, "Sumqayıt" isə "Keşlə"yə uduzub - 1:3. Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB
|
|