Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








04 Dek
2018
21:35
213



Azərbaycan Universitetində Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Universitetində 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “Bacarıqlar əngəlsizdir” adlı tədbir keçirilib.

Universitetdən XeberOxu.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva açaraq 1992-ci ildən etibarən BMT-nin təşəbbüsü ilə 3 dekabr tarixinin Beynəlxalq Əlilliyi olan Şəxslər Günü olaraq qeyd olunduğunu bildirib. Məqsəd insanları cəmiyyətin müxtəlif təbəqələrində və inkişafın bütün mərhələlərində əlilliyi olan şəxslərin hüquqlarının qorunması və təşviq edilməsi, siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində onların vəziyyəti haqqında maarifləndirmək və problemə diqqət çəkməkdən ibarətdir. Kafedra müdiri bildirib ki, 2018-ci il üçün Əlilliyi olan Şəxslərin Beynəlxalq Gününün mövzusu “Əlilliyi olan şəxslərin gücləndirilməsi, onların inklüzivliyinin və bərabərliyinin təminatı” kimi seçilib.

Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin yaranma tarixi, fəaliyyəti və nailiyyətləri barədə danışıb. Bildirib ki, bu gün ölkəmizdə əlilliyi olan şəxlər istənilən sahədə özlərinə inkişaf yolu tapırlar, idman da bu sahələrdən birincisi hesab olunur. Paralimpiyaçıların uğurlarından bəhs edən İlqar Rəhimov əlilliyi olan şəxsləri diqqət mərkəzində saxladığı, tədbir keçirdiyi üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib.

“Dance Ability Azerbaijan” təşkilatının sədri Nigar Sultanova isə “İnteqrasiyalı rəqs və onun fəlsəfəsi” mövzusunda çıxış edib. Qeyd edib ki, rəqsin məqsədi əqli və fiziki imkanlardakı fərqlərdən asılı olmayaraq hər kəsin cəmiyyətin bərabər hüquqlu üzvü olduğunu göstərməkdir.

Tədbirdə Azərbaycan Respublikası Paralimpiya Komitəsinin I vitse-prezidenti Natiq Qasımov, komitənin baş katibi Kamal Məmmədov və Əlil Velosipedçilər Klubunun sədri Amid Həsənquliyev də iştirak ediblər. Tədbiri Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və heyət izləyib.

Daha sonra qonaqlar və tədbir iştirakçıları “Dance Ability Azerbaijan” təşkilatının üzvləri, rəqqaslar, əlilliyi olan şəxslər və Azərbaycan Universitetinin tələbələrinin birgə inteqrasiyalı rəqsini izləyiblər.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]