Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
19:14
165

08
Noy
19:14



Azərbaycan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub

Azərbaycan Universitetində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor – müəllim heyəti və tələbə kollektivi iştirak edib.

Universitetdən XeberOxu.Az-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan dövlətçiliyinin və onun simvollarından olan Azərbaycan bayrağının böyük tarixi yol keçdiyi və dövlət atributu kimi əhəmiyyəti vurğulanıb, yaranma tarixi, keçdiyi yol və Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Bildirilib ki, dövlət bayrağında əks olunan rənglər xalqımızın tarixini, milliliyini, öz müstəqilliyi uğrunda mübarizəsini əks etdirir, tariximizi və bu günümüzü göstərməklə yanaşı gələcəkdə atacağımız addımları da müəyyənləşdirir. Azərbaycanın Dövlət Bayrağı milli qürur və iftixar mənbəyimizdir. Şanlı bayağımızın işğal olunmuş digər torpaqlarımızda da dalğalanacağı gün uzaqda deyil.

Tədbir tarix ixtisası üzrə təhsil alan tələbələrin çıxışları ilə davam edib. Tələbələr Azərbaycan bayrağını tərənnüm edən şeirlər səsləndirib, hazırladıqları video-çarxları nümayiş etdiriblər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az