XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



24 Noy
2022
17:40
175
24
Noy
17:40



Azərbaycan bu Şuraya yenidən üzv seçildi

Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 55-ci və Baş Assambleyanın 25-ci sessiyaları keçirilib. Sessiyalarda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib.

 Bu barədə FHN-dən Xeberoxu.Az-a daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, İcraiyyə Şurasının 22-23 noyabr tarixlərində keçirilən 55-ci sessiyasında Təşkilatın Baş katibi xanım Mariatu Yap BMMT-nin Baş Assambleyasının 24-cü sessiyasında qəbul edilmiş Fəaliyyət Proqramına uyğun olaraq, İcraiyyə Şurasının 54-cü sessiyasından sonra BMMT və onun Daimi Katibliyi tərəfindən həyata keçirilmiş tədbirlər, o cümlədən üzv ölkələrə göstərilmiş maliyyə dəstəyi barədə hesabat təqdim edib. Bundan əlavə, sessiya zamanı BMMT-nin Elmi-Tədris Komitəsinin daxili reqlamenti və təşkilati strukturu təsdiq edilib, 2023-cü il üçün tədris planı layihəsi üzv ölkələrə təqdim edilib.

FHN-in Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli sessiyada çıxış edərək Fövqəladə Hallar Nazirliyinin Akademiyasının tədris və maddi-texniki bazasının gücləndirilməsi işində müvafiq layihə çərçivəsində göstərilmiş texniki dəstəyə görə BMMT-nin Baş katibi xanım Mariatu Yapa təşəkkürünü bildirib, gələcəkdə BMMT-nin xətti ilə Akademiyada regional və beynəlxalq təlimlərin, seminar və treninqlərin keçirilməsi üçün əlverişli imkanların mövcudluğu barədə sessiya iştirakçılarına ətraflı məlumat verib.

Bundan əlavə, 24 noyabr tarixində keçirilən Baş Assambleyanın 25-ci sessiyasında hesabat dövründə Təşkilatın və onun Daimi Katibliyinin fəaliyyəti, habelə Vanuatunun BMMT-yə yeni üzv ölkə qismində qoşulması barədə sessiya iştirakçılarına məlumat verilib. Eyni zamanda, Baş katib tərəfindən BMMT-nin 2022-ci ildə xərclər və gəlirlər cədvəli, İcraiyyə Şurası tərəfindən təsdiq edilmiş Təşkilatın yeni büdcəsi, o cümlədən üzv ölkələrin üzvlük haqları barədə məlumatlar da iclas iştirakçılarının diqqətinə çatdırılıb. Bununla yanaşı, sessiya çərçivəsində Təşkilatın Təlim Komitəsinin Daxili Nizamnaməsi və təşkilati strukturu təsdiq edilib, 2023-cü il üçün təlim planının layihəsi üzv ölkələrin nümayəndələrinə təqdim edilib.

Sessiyanın sonunda BMTT-nin İcraiyyə Şurasına üzvlük məsələsi üzrə fikir mübadiləsi aparılıb, Şuranın yeni tərkibi müəyyən olunub. Beləliklə, Azərbaycan 2022-2026-cı illər üzrə BMMT-nin İcraiyyə Şurasına yenidən üzv seçilib. Bundan başqa, sessiyada Baş Assambleyanın Prezidenti və Vitse-Prezidenti vəzifələrinə də seçkilər keçirilib.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.