Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



21 Noy
2020
11:12
1353
21
Noy
11:12



Azərbaycan güclü və müstəqil dövlətdir, heç kim onunla təhdid dilində danışa bilməz - Deputat

Azərbaycan dövlətçilik tarixinin ən şanlı və qürurverici dövrlərindən birini yaşayır. Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edən ölkələrdəndir. Bu gün müstəqillik tarixi 50 və ya 100 il olan ölkələr var ki, hələ də dövlət və ordu quruculuğunu həyata keçirə bilməyiblər. Azərbaycan isə son 30 ildə böyük inkişaf yolu keçib, güclü ordu qurub.

XeberOxu.Az-ın məlumatına görə,bunu  Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanın bu uğur və inkişafa əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilən siyasət nəticəsində nail olub:

“Məhz həmin dövrdən başlayaraq ölkəmizdə ordu quruculuğuna, iqtisadiyyatın inkişafına xüsusi önəm verildi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi.

Bu gün Azərbaycan güclü və müstəqil dövlətdir, heç kim onunla təhdid dilində danışa bilməz. Azərbaycan ikinci Qarabağ savaşında bunu bir daha sübut etdi. Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycanın həyata keçirdiyi əks-hücumu dayandırmaq istəyən dövlətlərin təzyiq və təhdid cəhdlərinin qarşısı qətiyyətlə alındı. Elə müharibənin ilk günlərində Azərbaycanı hədələmək istəyən ölkələrə Prezident İlham Əliyev tutarlı və qətiyyətli cavab verdi. Bütün təhdid və təxribatlara sinə gələrək ölkəmizin İkinci Qarabağ savaşında böyük uğurunu təmin etdi, düşmənə layiqli cavab verdi.

Bu gün Ermənistandan fərqli olaraq Azərbaycan uğurlu xarici siyasət həyata keçirir. Müxtəlif beynəlxalq qurumlarla, öz qonşuları ilə sıx əməkdaşlıq qurur, regional və beynəlxalq layihələri uğurla həyata keçirir”.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir: “Bütün sosial layihələr uğurla həyata keçirilir. Hamı Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Azərbaycanın möhtəşəm qələbəsində bu birlik böyük rol oynadı”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ev yanıb







Yardımlıda mağaza yanıb







Bakıda sex yanıb







Zəngilanda yük maşını aşıb, sürücü ölüb


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.