XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



19 Noy
2021
17:02
726
19
Noy
17:02



Azərbaycan və ABŞ arasında turizm əlaqələri müzakirə olunub

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) ilə ABŞ-dakı tərəfdaşlar arasında keçirilən onlayn görüşdə iki ölkə arasında turizm əlaqələri və onun inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə Xeberoxu.Az-a Agentlikdən məlumat verilib.

Məlumata görə, görüşdə ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid, Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov, Oklahoma Ştatının Turizm Departamentinin direktoru Cenifer Mullins, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı (PSA) Layihəsinin rəhbəri Devid Blad və başqaları iştirak ediblər.

Görüş zamanı Azərbaycanın mövcud turizm imkanları və turizm məhsulları, Oklahoma ştatı və Azərbaycanın turizm şirkətləri üçün B2B (Biznesdən biznesə) formatlı görüşlərin təşkili və turizm əlaqələrinin inkişafı, USAID və DTA tərəfindən yeni layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Qeyd olunub ki, ABŞ-dan gələn ziyarətçilər Azərbaycanda əsasən palçıq vulkanları, aqroturlar, paytaxtda və regionlarda tarixi və görməli məkanlar, dağ gəzintisi turları, yəhudi irsi, həmçinin beynəlxalq idman tədbirləri və işgüzar konfranslara xüsusi maraq göstərirlər. Onların Azərbaycanı bir neçə qonşu dövlətlə birlikdə təcrübə etmələri tendensiya olaraq müşahidə olunur.

Müzakirələrdə 2022-ci ildə Azərbaycan və ABŞ arasında onlayn görüşlərin, eləcə də müxtəlif turizm mövzuları üzrə vebinarların təşkili, “Azerbaijan 101” onlayn təlim platforması vasitəsilə tərəfdaşları əlaqələndirmək məsələləri haqda danışılıb.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda 7 il əvvəl gecə klubunda qətl törədən kriminal aləmin üzvünün məhkəməsi başlayıb








Şabranda 1 yaşlı uşaq tualetə düşərək öldü








Xırdalanda nənə və nəvə döyülüb








Samuxda gənc qadın dəm qazından zəhərlənib



Digər Turizm xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.