Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








05 Dek
2018
13:20
156



Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli sazişə dair danışıqlar aparılıb

Bakı Biznes Mərkəzində Azərbaycan və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə təşkil olunmuş danışıqlar prosesində çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini, tərəflər arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlərin, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi mühüm sənədlərin imzalandığını vurğulayıb.

İqtisadiyyat Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, Azərbaycan Aİ ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri Azərbaycanın tranzit qovşağı kimi əhəmiyyətini daha da artırır. Azərbaycanın xarici ticarət dövriyyəsində əsas yeri Avropa İttifaqı ölkələri tutur.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının davamlı olaraq genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Şahin Mustafayev yeni sazişin hazırlanmasının Azərbaycan Respublikası Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən 2017-ci ildə elan olunduğunu, sazişlə bağlı danışıqların davam etdirildiyini, görüşlərin və videokonfransların təşkil olunduğunu bildirib. İqtisadiyyat naziri Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli sazişin əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Luk Devin əlaqələrin genişləndirilməsi və yeni ikitərəfli saziş layihəsi barədə fikirlərini bölüşüb, sənədin Aİ və Azərbaycan arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]