XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



05 Okt
2022
01:45
909
05
Okt
01:45



"Rəhim yarım saata 3500 manat qazanırdı, 2 milyonluq evi var idi..."
"Camaat yazır ki, Rəhimə heç kim kömək etmədi. Siz bilmirsiz, amma Rəhim özü hamıya köməklik edirdi. Nə olmuşdu ki, Rəhimə? Bir mövsümün on toyunda çıxış edirdimsə, onun doqquzunda Rəhim də iştirak edirdi. Rəhim yarım saatlıq çıxışı üçün 3500 manat qonorar alırdı".


Xeberoxu.Az bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli bir neçə gün öncə dünyasını dəyişən həmkarı Rəhim Rəhimli haqda "Elgizlə izlə" verilişində deyib. Canlı efirə zəng edən sənətçi mərhum müğənninin pulsuzluqdan müalicə olunmadığı haqda fikirlərlə razılaşmadığını bildirib:


"Bir gündə üç dəfə toya gedirdi. Elə olurdu ki, günə 10 min manat qazanırdı. Rəhim ac-yalavac idi ki? Rəhimin mərkəzdəki evinin 2 milyon qiyməti var. Yeni tikilən binalardan birində təmirli evi var idi, köçməyə hazırlaşırdı. Rəhim onun-bunun cibinə pul qoyurdu, kömək edirdi. Rəhimin qardaşı Anarın və anasının da kifayət qədər pulları və imkanları var. Xahiş edirəm, bu söz-söhbətləri yığışdırsınlar. Rəhim tələbatlı müğənni idi, "Porsche" markalı maşını vardı. Xəsislik etmirdi, cibindən xərcləyib, rəqqaslar gətirirdi ki, şou yarada bilsin. Lazım olsaydı, 10 ailə də saxlayardı".

Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər MAQAZİN xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.