XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



05 Okt
2022
17:49
583
05
Okt
17:49



"Müəllimlərin əmək haqqı 1000 manat olmalıdır" - Deputat

"Hesab edirəm ki, müəllimlər üçün orta aylıq əmək haqqı 1000 manat olmalıdır. Müəllim ikinci valideyndir".

Xeberoxu.Az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli deyib. O bildirib ki, bəzi müəllimlərin dərs saatı azdır: 

"Müəllimlərin kifayət qədər iş saatları olmalıdır. Həftədə 1-2 dəfə dərs deməklə iş olmaz. Belə olanda müəllimin məktəbə marağı olmur. O zaman evdə və ya kursda şagirdləri hazırlığa cəlb edirlər. Dövlət tərəfindən məktəblərə xeyli vəsait ayrılır. Bu pullar havayı gedir. Məktəblərdə keyfiyyət çox aşağı düşüb. Ona görə də ibtidai təhsildən başlayaraq tam orta təhsilə qədər ciddi yenilənmə olmalıdır".

Deputat qeyd edib ki, sovet təhsili ilə Bolonya sisteminin qarışıq modelini tapmaq lazımdır:

"Biri aradan çıxdı, təzəsi gəldi, amma effekt vermədi. Müəllim şagirdi ancaq testə hazırladır. O da elə bil viktorinadır. Elə adam var ki, imtahanda iştirak edib təsadüfi cavabları işarələyib, düz çıxıb. Belə olan halda balı aşağı olan pullu ali məktəbə daxil olub. Ona görə də dərindən elm öyrədilməlidir. Bununla yanaşı, dərsliklər dəyişməlidir. Onların bəziləri çox yüklüdür, səhvlər var. Bu da uşaqlara pis təsir edir. Getdikcə problemlər daha çox genişlənir, öhdəsindən gəlmək olmur".


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.