XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



05 Okt
2022
22:20
564
05
Okt
22:20



Ordumuzu döyüşə hazır vəziyyətdə saxlamalıyıq - Hərbi ekspert+FOTO
Ermənistanın sürətlə olmasa da, silahlanlanma cəhdlərinin şahidi oluruq.

Gələn il üçün Ermənistan büdcəsindən silahlanmaya 1,2 milyard dollar pul xərcləmək nəzərdə tutulur. Bu, Ermənistan üçün fantastik rəqəmdir. Ötən illə müqayisədə 47% artım müşahidə olunur.
Belə çıxmır ki, Ermənistan müharibəyə hazırlaşır?


Xeberoxu.Az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ermənistan sülh istəsəydi, sərhədlərin delimitasiya-demarkasiyası, Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılması, dəhlizin açılmasından danışardı.

Ekspert hesab edir ki, Ermənistanın hərbi xərclərini artırması gələcəkdə bu silahları Azərbaycan qarşı yönəltmək niyyətindən xəbər verir:



"Ermənistan silahları alıb kimə qarşı istifadə edəcək" sualına cavab axtarmış olsaq, təbii ki, birmənalı demək olar ki, hədəfdə Azərbaycan Ordusu və suverin ərazilərimizdir. Biz diplomatik kanallardan, hərbi-siyasi əlaqələrdən istifadə edərək, əvvəl olduğu kimi yenə də Ermənistanı silah təchizatında maneələrlə üz-üzə qoymalıyıq. Əvvəlki illərin təcrübəsi göstərir ki, bizim bu istiqamətdə atdığımız addımlar öz nəticəsini verib. Nikol Paşinyan bu barədə son çıxışlarında bəyan etmişdi ki, "Azərbaycan müttəfiqlərimizdən silah almağa mane olur, pulunu ödədiyimiz silahları ala bilmirik". Ermənistanın gələn il üçün hərbi büdcəsi əvvəlki illərlə müqayisədə kifayət qədər çoxdur. Nəzərə almalıyıq ki, silah almaq elə asan və ucuz başa gəlmir. Müasir silahların dəyəri kifayət qədər yüksəkdir. Burada Ermənistanın Vətən Müharibəsindəki itkilərini də nəzərə almalıyıq. Söhbət 5-6 milyard manatlıq itkidən gedirsə, belə bir itkinin yerini doldurmaq üçün ayrılan vəsaitin böyük olmadığını görərik. Həm də 1,2 milyardın hamısının silah alınmasına sərf olunacağına inanmıram. Maksimum 400-500 milyon dollar silah alınmasına sərf edə bilər".

Ə. Verdiyev bildirib ki, daim silahlı qüvvələrimizi döyüşə hazır vəziyyətdə saxlamalıyıq:

"Ermənistanın 2020-ci il 27 sentyabr hücumları ilə müqayisə etsək, təbii ki, bu məbləğ genişmiqyaslı müharibə üçün qətiyyən kifayət etməz. Amma ayrı-ayrı istiqamətlər üzrə kiçik və ortamiqyaslı təxribatlar üçün yetərlidir. Ordumuzu daim döyüşə hazır, güclü, ayıq-sayıq vəziyyətdə saxlamaqla təlimləri davam etdirməliyik. Müttəfiqlərimizlə hərbi-texniki sahədə əməkdaşlığı daim artırmalı, siyasi sahədə də bunu gücləndirməliyik. Hətta sülh müqaviləsi bağlansa belə, əl-qolumzu sallayaraq "hər şey yaxşıdır" deyə bilmərik".

Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.