XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



05 Okt
2022
22:46
522
05
Okt
22:46



Saakaşvili məhkəmə iclası zamanı huşunu İTİRDİ
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisinin “Vivamed” özəl klinikasında keçirilən sərhədi qanunsuz keçmə işi üzrə məhkəmə iclası zamanı huşunu itirib.

Xeberoxu.Az xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə siyasətçinin amerikalı vəkili Massimo Danqelo məlumat verib.

“Bu gün bizə məlum oldu ki, prezident Saakaşvili dünən prokurorluğun nümayəndələri onun otağına soxularaq məhkəməni təşkil etməyə cəhd etdikdən sonra yüksək təzyiq nəticəsində huşunu itirib”, - vəkil bildirib.

Danqelonun sözlərinə görə, çərşənbə günü Saakaşvili amerikalı nevroloq tərəfindən yoxlanılıb və həkim, çox kədərli və narahatedici mənzərə ilə rastlaşıb. “Əlbəttə, hələlik detallar barədə danışa bilmərik, lakin hazırda qeyd edə bilərik ki, cənab Saakaşvilinin səhhəti xeyli pisləşib”, - vəkil əlavə edib.

Saakaşvilinin xəstəxanada məhkəməsi çərşənbə axşamı keçirilib. Prokuror Levan Vepxvadzenin məhkəmə prosesi başa çatdıqdan sonra dediyi kimi, müttəhim ifadə verməkdən imtina edib. Vəkillər də öz növbəsində sabiq prezidentin xəstələndiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini iddia ediblər. Sərhədi qanunsuz keçmə ilə bağlı növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin edilib.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Dünya xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.