XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



06 Okt
2022
04:30
461
06
Okt
04:30



Netanyahu xəstəxanaya yerləşdirildi
İsrailin keçmiş baş naziri, hazırda parlament müxalifətinin lideri Benyamin Netanyahu çərşənbə günü özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib.

Xeberoxu.Az xəbər verir ki, 72 yaşlı siyasətçi Qüdsün ən böyük sinaqoqunda çərşənbə axşamı qeyd olunan və yəhudilərin ən mühüm bayramlarından biri olan Yom Kippur (“Qiyamət günü”) münasibətilə bayram mərasimi zamanı özünü pis hiss edib. Həkimlər onu yerində müayinə ediblər, bundan sonra Netanyahu daha ətraflı müayinə üçün xəstəxanaya aparılıb.

Netanyahunun ofisi əmin edib ki, siyasətçi hazırda özünü yaxşı hiss edir və təkbaşına xəstəxanaya yollanıb.

Siyasətçinin sözçüsü əlavə edib ki, Netanyahu Yom Kippur zamanı oruc tutub. Ənənəyə görə, bu gündə 25 saatlıq ciddi oruc tutulur.

Netanyahunun ofisi xəstəliyin xarakterini açıqlamayıb.

Qeyd edək ki, siayətçi 2009-2021-ci illərdə İsrailin baş naziri olub. Hazırda o, ən böyük müxalifət partiyası olan “Likud”un rəhbəridir.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Dünya xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.