22 May
2020
15:16
39943

22
May
15:16



Azərbaycanda ayı parçaladığı deyilən uşaq təcavüzə uğrayıb? - YENİLƏNİB

Oğuzun Xaçmaz kəndində meyiti tapılan 12 yaşlı oğlana təcavüz edilməsi barədə iddia yayılıb.

Bildirilir ki, oğlan suvarma üçün arxa su qoymağa gedərkən gənc kişi tərəfindən zorakılığa məruz qalıb. İddia olunur ki, saxlanılan var.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

XeberOxu.Az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, məsələ ilə bağlı ilkin ekspertiza rəyi var:

“Uşaq vəhşi heyvanın hücumuna məruz qalıb”.

E.Zahidov söyləyib ki, uşağın təcavüzə məruz qalması və kiminsə saxlanılması barədə məlumatlar yalandır.

***

Oğuzda itkin düşən oğlanın meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.

XeberOxu.Az oxu.az-a istinasən xəbər verir ki, 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.

***

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 13 yaşlı yeniyetmə itkin düşüb. 

XeberOxu.Az APA-ya istinasən xəbər verir ki, kənd sakini, 2007-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay sahilinə gedib və bir daha geri qayıtmayıb. 

Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri aparılır. 


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Dəniz səfirlərinin video konfransı keçirilib







DİM onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram hazırladı







Mütəxəssis: "Koronavirus xəstəliyi yoxdur" deyənlər cahil insanlardır







Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.