Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Avq
2019
22:56
1116

07
Avq
22:56




Ağsuda 5 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşır

Dövlətimizin başçısının tapşırıq və sərəncamlarına əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun yenidən qurulması da bu tədbirlər sırasındandır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XeberOxu.az-a verilən məlumata görə, Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci km-dən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 km-dir.

IV texniki dərəcəli avtomobil yolu çınqıl örtüklü olmaqla uzun illər istismar olunduğundan və təmir işləri aparılmadığından yolun torpaq yatağı və yol əsası istismar müddətini keçmiş, yararsız vəziyyətə düşmüşdür. Avtomobil yolunun təmir olunmasına ehtiyac yaranmışdır. Bu üzdən Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması istiqamətində başlanılan işlər yekunlaşmaq üzrədir.

Yenidənqurma işləri çərçivəsində torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, yolun üst yamac hissəsi kəsilib, torpaq yatağı qazılıb, əvəzinə yararlı qrunt tökülərək yayılıb kipləşdirilib. Zəruri olan yerlərdə 1 m diametrində dəmir-beton suötürücü boruların quraşdırılması və izolyasiyası işləri də görülüb.

Torpaq yatağı hazır olan hissələrdə əsasın alt və üst layı inşa edilib. Bu işlər 150 min kv.m sahəni əhatə edib. Bunun ardınca texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bunun üçün iri və xırda dənəli asfalt-beton qarışıqlarından istifadə olunun. Asfaltlanma işləri ümumilikdə 90 min kv.m sahəni əhatə edir.

Layihəyə uyğun olaraq çiyin hissələrin bərkidilməsi, küvetlərin dəmir-betonla tikintisi, yol birləşmələri və kəsişmələrinin təmiri də nəzərdə tutulur.

Layihənin sonuncu mərhələsində nisə yol boyu 10 ədəd avtobus dayanacağı tikiləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı, 15 km göstəricisi, 680 siqnal dirəyi quraşdırılacaq, 45 km uzunluğunda üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu 2 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir və vətəndaşların Muğanlı-İsmayıllı avtomobil yoluna çıxışı təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az