Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Avq
2019
19:10
1191

09
Avq
19:10




Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi davam edir -FOTO

Respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci km-dən ayrılan yerli əhəmiyyətli Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi davam etdirilir. Yol IV texniki dərəcəli olmaqla uzunluğu 24.9 km-dir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XeberOxu.az-a verilən məlumata görə, avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, küvetlər tam dolmuş, yol 1220 metr hissədə ortalama 1.2 metr dərinlikdə yararsız vəziyyətə düşmüşdür. Bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurların xırdalanması yolu ilə torpaq yatağının genişləndirilməsi tələb olunurdu. Bundan başqa mövcud suötürücü boruların başlıqları istismara yaramadığından, bəzi yerlərdə mövcud borular yararsız vəziyyətə düşmüşdür.

Sadalanan problemlər vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun tikintisinə start verilməsi gediş-gəlişlə yaşanan problemləri geridə qoymağa başlayıb. Sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Texniki dərəcəyə uyğun yolun hərəkət hissəsi 6 metr təşkil edir.

Tikinti layihəsinə uyğun olaraq, yol boyu 10 metr enində yeni yol yatağı inşa olunur, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılaraq kipləşdirilir. Bundan başqa yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi və yolun genişləndirilməsi işləri də aparılır. Bunun ardınca isə yol əsasının alt layının tikintisi üçün karxana çınqılı, üst layının tikintisi üçün isə optimal qum-qırmadaş qarışığı ilə aparılır.

Layihə çərçivəsində hazırda torpaq işləri bitən ərazilərdə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür, çiyinlər optimal qum-qırmadaş qarışığı ilə bərkidilir. Bu işlər ümumilikdə 250 min kv.m sahəni əhatə edəcək.

Avtomobil yolu üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə, mövcud 2 avtomobil körpüsündə təmir işlərinin aparılması, 2 düzbucaqlı su keçidinin inşası, zəruri 24 nöqtələrdə 288 paqon-metr uzunluğunda yeni dairəvi suötürücü dəmir-beton boruların quraşdırılması, yolun təhlükəli hissələrində təhlükəsizliyi təmin etmək məqsədilə 2 km-dən çox əyrixətli tirlərin və dirəklərinin daşınıb quraşdırılması və 8.3 km uzunluğa malik küvetlərin təmizlənməsi da layihə üzrə görülən işlərin siyahısındadır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində, 6 avtobus dayanacağının tikintisi, 208 yol nişanları və məlumatverici lövhələrin, 420 siqnal dirəklərinin, həmçinin 50 km göstəricisinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq. Bu işlərinisə yaxın müddətdə görülərək yekunlaşdırılması və avtomobil yolunun istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, başlanğıcını respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci km-dən götürən yerli əhəmiyyətli Quşçu-Çovdar-Çaykənd yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu 6 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcək. Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az