Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Avq
2019
05:00
654

12
Avq
05:00




Bir qrup daun sindromlu gənc "Könüllü DOST" proqramında iştirak edib

Daun sindromlu gənclər bir gün ərzində 1 saylı Bakı DOST Mərkəzində vətəndaşlara xidmət göstəriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XeberOxu.az xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən dəvət olunan gənclər bir günlük "Könüllü DOST" komandasına qoşulublar. İlkin olaraq könüllülər daun sindromlu gənclərə vətəndaşların qarşılanması, onlara növbə verilməsi, xidmət pəncərəsinə yönləndirilməsi, müxtəlif ərizələrin yazılması və məmnuniyyət sorğularının keçirilməsi ilə bağlı baza bacarıqları öyrədiblər. Bundan sonra daun sindromlu gənclər müstəqil olaraq özləri vətəndaşlara müəyyən sahələrdə xidmət göstəriblər.

Reabilitasiya Mərkəzinin mütəxəssisləri və gənclərin valideynləri təşəbbüsü alqışlayaraq bu cür tədbirlərin tez-tez keçirilməsinin daun sindromlu gənclər üçün cəmiyyətə inteqrasiya baxımından çox vacib olduğunu qeyd ediblər.

Sonda Mərkəzin könüllüləri tərəfindən hazırlanan hədiyyələr qonaqlara təqdim olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az