13 Yan 2021
15:32
![]() |
13
Yan 15:32
![]() Azərbaycanda bu sahədə çalışanlar daha çox pul qazanıb 2020-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40,2 min nəfər və ya 2,4 faiz artaraq 1684,5 min nəfər olub, onlardan 917,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 766,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. XeberOxu.Az-ın məlumatına görə, muzdla işləyənlərin 19,7 faizi təhsil, 18,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb -Video
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb
Suraxanıda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb -Video
Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb
|