XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

28 Iyul
2022
21:00
1330
28
Iyul
21:00



Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi Gəncədə qeyd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə tədbir təşkil olunub.

Xeberoxu.Az-ın xəbərinə görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu və Azərbaycanın tanınmış cüdo ustaları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Gəncə şəhərinin Heydər Əliyev adına meydanda baş tutan tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu ölkəmizdə bu idman növünün inkişafından söz açıb, cüdoçularımızın yerli və beynəlxalq arenalarda qazandıqları uğurlardan danışıblar.

Tədbirdə Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi münasibətilə Azərbaycan Cüdo Federasiyasının yenilənmiş loqosu təqdim olunub. Daha sonra Azərbaycanın tanınmış cüdo ustalarının təqdimatında gənc və yeniyetmə idmançılara ustad dərsləri keçilib.

Bununla yanaşı, Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə keçirilən “Yaponiya Səfirinin Kuboku 2022” Gəncə şəhər açıq birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyası və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizin müxtəlif regionlarından olan 25 komandanın 200-ə yaxın cüdoçusu iştirak edib.

Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya Səfirinin Kuboku 2022” Gəncə şəhər cüdo yarışının təşkilində göstərdiyi dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyəti Azərbaycan Cüdo Federasiyası və Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə yolda meyit tapılıb








Azərbaycanda film kimi hadisə: Oğru ev sahibi ilə… -VİDEO








Külək məcburi köçkünlərin yaşadığı evi yararsız hala saldı - VİDEO








Cəlilabadda AĞIR QƏZA: İki hərbçi öldü -FOTO



Digər SOSİAL xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.