Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
10:52
354

14
Yan
10:52



Azərbaycanda demokratik seçki mühitinin formalaşması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir - Vüqar Rəhimzadə

Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıq mövcud qanunvericiliyə uyğun, tam şəffaf formada həyata keçirilir.

Xeberoxu.Az-ın məlumatına görə, bu fikirləri secki-2020.az saytına Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Müstəqillik illərində Azərbaycanın zəngin seçki təcrübəsinin formalaşdığını bildirən baş redaktor bildirib: “Azərbaycanda demokratik seçki mühitinin formalaşması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir. İndiyə qədər keçirilən prezident, parlament və bələdiyyə seçkilərində formalaşmış zəngin seçki təcrübəsi artıq beynəlxalq miqyasda da nümunə kimi qəbul olunur. Bu təcrübə hər seçkidən-seçkiyə daha da təkmilləşir və bütün bunlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda innovativ texnologiyalar əsasında dövlət idarəçiliyinin təkmilləşməsi istiqamətində mühüm islahatlar həyata keçirilir: “Həmçinin dövlətimizin başçısının rəhbərliyi ilə müxtəlif sahələrdə ciddi islahatlar aparılır. Bu proses ölkəmizin inkişafını daha da sürətləndirməyə, insanların rifah halının daha da yaxşılaşmasına xidmət edir. Atılan addımlar nəticəsində Azərbaycanın dünyanın ən islahatçı ölkələri sırasında ilk pillələrə yüksəlməsi də təsadüfi deyil. Mövcud vəziyyət təbii olaraq, seçki mühitinə də müsbət təsir edir. Xüsusilə sabitlik, hüquqi dövlət quruculuğu seçkilərin azad, şəffaf keçirilməsini təmin edən başlıca amillərdəndir”.

Baş redaktor seçki prosesində texnoloji yeniliklərin tətbiq edilməsinin şəffaf seçkilərin keçirilməsinin təmin olunması istiqamətində mühüm addım olduğunu ifadə edib.

O vurğulayıb ki, mövcud seçki mühiti və qanunvericilik parlament seçkilərinin tam şəffaf və demokratik prinsiplərə uyğun keçiriləcəyini deməyə əsas verir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ara məsafəsinin saxlanmaması qəzaya səbəb oldu - ANBAAN VİDEO







Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var (VİDEO) (YENİLƏNİB)







Azərbaycanda dəhşətli qəza - Bir neçə avtomobil piyadanın üstündən keçdi







FHN: Universitetdə yanğın olmayıb


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.