16 Avq 2019
13:44
![]() |
16
Avq 13:44
![]() PAŞA Sığorta KASKO müştərilərinə könüllü əmlak sığortasına 50% endirim təklif edir PAŞA Sığorta şirkəti ölkədə əmlak sığortasının təşviqi məqsədilə “Yay təklifi” adlı endirim kampaniyasına start verir. Sentyabrın 13-dək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər öz əmlaklarını 50% endirimlə - yarı qiymətə sığortalaya biləcəklər. Kampaniya şərtlərinə əsasən, 450 AZN və daha yüksək məbləğdə KASKO sığortası əldə edən fərdi müştərilər PAŞA Sığortadan xüsusi endirim sertifikatı qazanacaqlar. Bu sertifikat vasitəsilə onlar könüllü əmlak sığortasını tam 50% endirimlə əldə edə biləcəklər. Qeyd edək ki, könüllü əmlak sığortası yanğın, ildırım düşməsi, partlayış, qısa qapanma, subasma, üçüncü şəxslərin hərəkətləri, təbii fəlakətlər və bu kimi risklərə təminat verir. KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün müştərilər PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərlər. Bununla yanaşı, avtomobilin marka/modeli, təqribi bazar dəyəri, sürücülük təcrübəsi, tələb olunan azadolma məbləği kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət etmək mümkündür. Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz. PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Mədət Quliyev generalı özünə müşavir təyin etdi
Moldova Bakıdakı səfirini geri çağırdı
Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək
Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |