Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
04:00
564

17
Avq
04:00



Avstriyalı idmançı Avropanın cənubundan şimalınadək olan məsafəni velosipedlə rekord müddətdə qət edib

Avstriyalı ekstremal idmançı Volfqanq Faşinq Avropanın ən ucqar cənub nöqtəsindən şimalınadək məsafəni velosipedlə rekord müddətə qət edib.

 XeberOxu.az xəbər verir ki,  Cəbəllüttariqdən yola çıxan idmançı 12 gün 20 saat 47 dəqiqə ərzində Norveçin şimalındakı Nordkapp kommunasına qədər olan 5656 kilometr məsafəyə yürüşü uğurla başa vurub. Bununla da o, 1998-ci ildə Frans Kasererin rekordunu (13 gün 20 saat) böyük fərqlə yeniləyib. İdmançı bu müddət ərzində cəmi 18 saat yatıb.

V.Faşinqin komandasından bildirilib ki, o, qəza nəticəsində 17 saat fasilə verməyə məcbur olmasaydı, bu məsafəni daha qısa vaxtda başa vura bilərdi.

Mental məşqçi olan 52 yaşlı V.Faşinq indiyədək ABŞ, Rusiya və Avstraliyanın ən ucqar nöqtələri arasında məsafələri velosipedlə rekord müddətdə qət edib. O, 1997-ci və 1998-ci illərdə 24 saatlıq qaçış üzrə dünya çempionu adını qazanıb, 2001-ci və 2009-cu illər arasında isə “Yeddi zirvə”ni (hər materikin ən yüksək nöqtəsini) fəth edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az