Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
05:21
513

17
Avq
05:21



Azərbaycan Premyer Liqasında “Qəbələ” ilk turdakı oyununu öz meydanında keçirəcək

Azərbaycan Premyer Liqasının yeni mövsümündə “Qəbələ” klubu ilk turdakı oyununu öz meydanında keçirəcək. “Qırmızı-qaralar” doğma azarkeşlər önündə “Sumqayıt”la qarşılaşacaq.

XeberOxu.az xəbər verir ki, komandalar daxili yarışlarda ardıcıl üçüncü oyununu bir-birinə qarşı keçirəcək. Ötən mövsümün son turunda üz-üzə gələn rəqiblər ardınca Azərbaycan kubokunun finalında da görüşüb. Həmin qarşılaşmaların hər ikisində 1:0 hesabı qeydə alınıb. Premyer Liqa matçında sumqayıtlılar, kubokda isə “Qəbələ” qələbə qazanıb.

Ümumilikdə bu iki komanda indiyədək 29 dəfə üz-üzə gəlib. Bu oyunlarda “qırmızı-qaralar” böyük üstünlüyə malikdirlər. Hesabında 18 qələbə olan “Qəbələ” komandası səkkiz heç-heçə edib və yalnız üç dəfə məğlubiyyətlə üzləşib. Rəqib isə 21 dəfə fərqlənib. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendidir. O, rəqib qapısından yeddi top keçirib.

Premyer Liqa matçlarında rəqibini 17 dəfə məğlub edən “qırmızı-qaralar” səkkiz heç-heçə edib və üç dəfə uduzub. Rəqib qapısından 47 top keçirən Qəbələ şəhər təmsilçisi 21 qol buraxıb.

On beşinci dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanında bu rəqibə uduzmayıb. Əvvəlki 14 oyunun hamısında qol sevinci yaşayan “Qırmızı-qaralar” 11 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.

Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” matçı avqustun 17-də Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunun baş hakimi Rauf Cabbarov olacaq.


 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az