Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Avq
2019
12:08
591

18
Avq
12:08



Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var

Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var.

XeberOxu.az xəbər verir ki,bunu Trend-ə Turizm Asossiasiyasının sədrinin müşaviri Müzəffər Ağasəlimov deyib.

Onun sözlərinə görə, şərab turizminin Azərbaycanda öz tarixi ənənələri var:

"Qafqazda şərab turizmi əvvəldən mühüm rol oynayıb. Hələ SSRİ dövründə Azərbaycan şərabları, xüsusilə, şirin şərablar medallara layiq görülmüşdü. SSRİ dağılanadan sonra şərab turizmi "axsadı". Ona görə ki, artıq üzüm ağacları, tingliklər məhv edilmişdi. Son illərdə isə şərabçılıq yenidən inkişaf etmək üzrədir. Tovuz, Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ kimi rayonlarda şərab turizmini inkişaf etdirmək üçün lazım olan müəssisələr fəaliyyət göstərir. Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün turizm qurumları təbliğ və təşviq aparmalıdır. Şərab turizminin ənənələrini davam etdirmək, proqramlar yaratmaq, marşrutlar təşkil etmək olar. Bu sahənin geniş reklamı aparılmalıdır. Bu sahədə Avropa ölkələrinin təcrübəsi öyrənilməlidir".

Turizm Asossiasiyasının sədrinin müşavirinin sözlərinə görə, şərab turizmi ilə Avropa ölkələrinin vətəndaşlarını Azərbaycana turist kimi cəlb etmək olar:

"Avropa ölkələrinin əksəriyyətində bu turizm sahəsinə marağı var. Bir sıra Asiya ölkələri də şərab turizmi çərçivəsində Azərbaycana cəlb oluna bilər. Bunun üçün həmin ölkələrdə təbliğat aparılmalıdır".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az