Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
16:30
318

19
Avq
16:30



Sabirabadda 45 min tondan çox tərəvəz yığılıb

Sabirabadda tərəvəz yığımının qızğın çağıdır. Məhsul istehsalçıları əkdikləri 3 min 432 hektar tərəvəz sahəsinin 3 min 144 hektarından bu günədək 45 min 354 ton məhsul tədarük ediblər.

XeberOxu.az xəbər verir ki,  Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin yazında sabirabadlı əkinçilər ötən ildəkindən 117 hektar çox tərəvəz əkiblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək yığım apardıqları 3 min 114 hektar tərəvəz sahəsindən 45 min 354 ton məhsul yığıblar. Ötən il bu rəqəm 44 min 211 ton olub. Hər hektarın məhsuldarlığı 157,4 sentner təşkil edir.

Tədarük olunan məhsulun 1204,6 tonu kələm, 1648,5 tonu bibər, 11 min 316,8 tonu xiyar, 15 min 850 tonu pomidor, 5 min 236 tonu badımcan, 5 min 577,2 tonu soğan, 3 min 80,3 tonu isə sarımsaqdır. Əkinçilər, həmçinin 129 min 643,6 ton bostan məhsulları da yığıblar.

Rayonda tərəvəz yığımı davam edir.


 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az