Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
07:30
1254

20
Avq
07:30



Ürək-damar xəstəlikləri, piylənmə, başağrıları, diabet və demensiyadan müdafiə edir

Kolorado Universitetini təmsil edən alimlər qəhvənin ürək-damar sisteminə təsirindən danışıblar. Mütəxəssislər bundan ötrü populyar içkinin təsiri barədə üç iri tədqiqatı təhlil ediblər.

XeberOxu.Az AZƏRTAC-a istinadən bildirir ki, elmi işin müəlliflərindən biri olan doktor Laura Stivensin sözlərinə görə, hər üç tədqiqatda diqqət qəhvənin ürək-damar sistemi xəstəliklərinin yaranması riski ilə bağlılığına yönəldilib. Qəhvə ağacının dənlərindən qovrulmuş və döyülmüş içki ürək çatışmazlığının əmələ gəlməsi ehtimalını 7 faiz və insult riskini 8 faiz azaldır.

Qəhvə insanı artıq çəki toplanması və başağrılarından müdafiə etmək xassəsinə malikdir, öd daşlarının əmələ gəlməsinin qarşısını alır, ikinci tip diabet xəstəliyinin yaranması riskini və demensiya ilə qarşılaşma ehtimalını azaldır. Bu içki Parkinson xəstəliyinin qarşısını da almağa kömək edir. Baş-beyində dofaminin hasil edilməsinə cavabdeh olan neyronların sıradan çıxması nəticəsində xəstəlik inkişaf edir. Qəhvə sayəsində risk 30-60 faiz azalır. Artıq Parkinson xəstəliyi ilə qarşılaşmış insanlar da qəhvə qəbul edə bilər. Makgil Universitetindən olan mütəxəssislərin fikrincə, xəstələr kofeinin köməyi ilə hərəkətlərə daha yaxşı nəzarət edə bilərlər.

Qəhvənin tərkibində təkcə oksidantlar və kofein deyil, həmçinin manqan, kalium, maqnezium, B2, B3, B5 vitaminləri var. Məhsul içkinin tərkibində qalan və orqanizm tərəfindən mənimsənilən qidalandırıcı maddələrə malikdir. Qəhvə dənələri faydalı sellülozla zəngindir.

Qəhvə insan orqanizmi üçün faydalı ola bilər, lakin həddən artıq istifadə olunarsa, o zaman mənfi təsir göstərə bilər. Alimlər bu içkidən orta səviyyədə - sutkada 300 millilitrdən artıq kofeindən (3-4 fincan üyüdülmüş və ya 5 fincan həll olan) istifadə etməməyi məsləhət görürlər. Mütəxəssislər, həmçinin yüksək təzyiq, mədə və sidik kisəsi ilə bağlı problemlər zamanı bu içkidən imtina olunmasını tövsiyə edirlər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az