XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

29 Iyul
2022
00:40
634
29
Iyul
00:40



Azərbaycanda güclü, dağıdıcı zəlzələ gözlənilir? - Seysmoloji Xidmət Mərkəzi AÇIQLADI - VİDEO

Bu gün Gürcüstan ərazisində 4,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ Azərbaycan-Gürcüstan sərhədində Samux ərazisində də hiss edilib. Bəs qonşu ölkədə baş verən bu zəlzələ ölkəmizdə yaxın vaxtlarda təkrarlana bilərmi? Zəlzələlərin tədqiqatı bürosunun rəisi Səidə İsmayılova ''xəzər Xəbər''ə bildirib ki, bu ilin altı ayı ərzində Azərbaycanda seysmiklik artıb.

Gürcüstanda Azərbaycanla sərhədin yaxınlığında iki zəlzələ baş verib. Zəlzələ Azərbaycan ərazisində də hiss edilib.Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin məlumatına görə, baş vermiş hər iki zəlzələnin maqnitudası 4 və 4,3 bal təşkil edib. Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur.

Bəs qonşu ölkədə baş vermiş bu zəlzələ ölkəmizdə yaxın vaxtlarda təkrarlana bilərmi?

Xeberoxu.Az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun rəisi Səidə İsmayılovanın sözlərinə görə, bu ilin altı ayı ərzində 42 rəqəmsal məlumat əsasında seysmikliyin analizləri aparılıb. Ölkə ərazisində müxtəlif ərazilərdə ötən ilə nisbətən bu il seysmikliyin artdığı məlum olub.

Rəqəmsal məlumatlar əsasında o da bəlli olub ki, ölkə ərazisində bu ilin altı ayı ərzində 1800-dən çox yeraltı təkan qeydə alınıb.

Səidə İsmayılova onu da qeyd etdi ki, Azərbaycanda yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. 


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.