Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



16 Sen
2020
10:55
2222
16
Sen
10:55



Azərbaycanda gülçülüklə bağlı son vəziyyət - Pandemiya bu sahəyə necə təsir edib?

Pandemiya şəraiti bir çox sahələr kimi, gülçülük sektoruna da ciddi təsir edib.

XeberOxu.Az-ın məlumatına görə,Bunu açıqlamasında sahibkar, "Zirə Gülçülük" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ziyad Əliyev deyib.

O bildirib ki, pandemiya cəmiyyətin işini ləngidib: "Məhsuldarlıq normal səviyyədə olsa da, gül satışı xeyli azalıb. Pandemiya şəraiti satışa təxminən 50 faiz təsir edib. Ötən illə müqayisədə müəssisədə satış 50 fazi azalıb. İşlər də zəifləyib".

Satıcılar Trend-ə bildiriblər ki, sentyabrın 9-dan etibarən gül buketləri ilə bağlı çoxlu sayda sifarişlər qəbul etsələr də, sonradan həmin sifarişlər geri qaytarılıb: "Sifarişlər götürmüşdük, biz də buna görə dükanlara yeni güllər almışdıq. Sonradan valideynlər bildirdilər ki, "Bilik Günü"nün keçirilməsi qadağan edilib, ona görə də sifarişləri geri qaytardılar. Nəticədə aldığımız gülləri sata bilmədik".

Xatırladaq ki, mart ayından etibarən ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün sərt karantin rejimi tətbiq edilib. Sərtləşdirilmiş karantinlə əlaqədar ölkədə, xüsusən də Bakı, Sumqayıt və Abşeronda bəzi ticarət və xidmət obyektləri ilə yanaşı, gül dükanlarının da fəaliyyəti qadağan edilib. Nəticədə gülçülüklə məşğul olan müəssisələrə sifarişlər azalıb. Eyni zamanda, karantin dövrü ərzində vətəndaşların kütləvi toplaşması da qadağan edildiyindən bir çox mərasimlər, bayramlar və digər əlamətdar günlərin qeyd edilməsinə icazə verilmədi. Sentyabrın 15-də ölkə ərazisində "Bilik Günü"nün keçirilməsinə də qadağa qoyulduğundan gül satışı ilə məşğul olan obyektlər zərərlə işləyib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb







Cəlilabadda fərdi ev yanıb







Bakıda bərbərxana yanıb







Bərdə rayonunun Körpüsındıran kəndində yanğın baş verib.


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.