Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
15:41
1353

17
Sen
15:41



Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib

Sentyabrın 14-də Vergilər Nazirliyinin Tədris Mərkəzində Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun sədrliyi ilə “Sosial sığorta haqlarının yığımı üzrə görülmüş işlər və mövcud vəziyyət, problemlər” mövzusunda konfrans keçirilib. 

Vergilər Nazirliyindən verilən məlumata görə, Nazirliyin mərkəzi aparatının məsul şəxsləri, yerli vergi orqanı əməkdaşları, Dövlət Sosial Müdafiə Fondunun məsul şəxsləri və müstəqil ekspertlərin iştirakı ilə keçirilən tədbirdə dövlət sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər, sosial sığorta üzrə qanunvericilik və hesablama mexanizmləri, sosial sığorta üzrə proqnozların icra vəziyyəti, bu sahədə mövcud olan çətinliklər, təhlil istiqamətləri və risk meyarları müzakirə olunub.

Tədbirdə Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov çıxış edərək dövlət sosial sığorta haqlarının yığımı sahəsində Vergilər Nazirliyi tərəfindən ötən müddət ərzində görülmüş işlər barədə məlumat verib və cari ilin ikinci yarımilliyində bu sahədə qarşıda duran əsas məsələlər barədə danışıb. 

Qeyd edilib ki, aparılmış işlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib.  Məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7 faiz, işsizlikdən sığorta haqları üzrə 6,7 faiz artıq vəsait daxil olub. Eyni zamanda, sosial sığorta və işsizlik sığortası üzrə borcu olan vergi ödəyicilərinin sayı və borcun ümumi məbləği ilin əvvəli ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb.

Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə birlikdə «inteqrasiya» prosesləri üzrə müəyyən edilmiş Tədbirlər Planı üzrə işlərin icra vəziyyəti nəzərdən keçirilib və gələcək dövlərdə qarşıya qoyulmuş vəzifələrin icrasına dair aidiyyəti üzrə tapşırıqlar verilib. 

Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tədbirdə iştirak edən məzurəçiləri tərəfindən məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, MDSS haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyasını tətbiq etmək və digər məsələlərlə bağlı tədbir iştirakçıları ətraflı məlumatlandırılıb. 

Tədbirdə dövlət sosial sığorta haqlarının yığımı sahəsində mövcud çətinliklər ətraflı müzakirə edilib, bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair, vaxtında təqdim edilməmiş vergi bəyannamələri (hesabatları) ilə bağlı vergi ödəyicilərindən hesabatların qəbulu və s. bağlı vergi orqanlarının rastlaşdıqları məsələlər təhlil edilib.

Tədbir iştirakçılarının sosial sığorta öhdəliklərinin icrası ilə bağlı təcrübədə qarşıya çıxan problemlərə dair sualları cavablandırılıb. Tədbirdə iştirak edən müstəqil ekspertlər qaldırılan məsələlərin həlli ilə bağlı öz təkliflərini veriblər. 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az