Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Iyul
2019
10:46
3633

17
Iyul
10:46



Azərbaycanda qoruqlarla bağlı YENİ QAYDALAR təsdiqlənib

“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.

XeberOxu.az-ın  məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Mərkəzinin Nizamnaməsi təsdiq edilir.

Bu qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Qeyd edək ki, Mərkəz Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

Mərkəz ictimai əhəmiyyət daşıyan, həmçinin bu nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Mərkəzin fəaliyyətinin məqsədləri qoruqlarda tarix və mədəniyyət abidələrinin, mədəni irsin qorunması, qoruqların ərazisi üçün müəyyən olunmuş rejimi saxlamaqla abidələrin tarix və mədəni cəhətdən öyrənilməsi, toxunulmazlığının təmin edilməsi, qoruqların turizm yönümlü istifadəsinin təmin edilməsi, qoruqların öz gəlirləri hesabına idarə olunması və maliyyə mənbələrinin diversifikasiyasının təşviqi, qoruqlarda dayanıqlı idarəçiliyin təmin edilməsidir.

Mərkəz qoruqlar sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, qoruqlar sahəsinə aid fəaliyyətin planlaşdırılması, nəzarət və əlaqələndirmə işlərini, qoruqların ərazilərində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir, qoruqların ərazilərində yerləşən abidələrin qorunub saxlanılmasını, toxunulmazlığını təmin edir, qoruqların ərazilərində turizm infrastrukturunun yaradılması və idarə olunması işini təşkil edir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Gündəm xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az