07 Apr 2021
10:33
![]() |
07
Apr 10:33
![]() Azərbaycandakı dini konfessiya rəhbərlərinin Ağdama səfəri başlayıb -FOTO Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimlərinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb. Səfər çərçivəsində din xadimləri əvvəlcə Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanını və şəhər Cümə məscidini ziyarət ediblər. Burada Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib və onların ruhuna dualar oxunub. Həmçinin Qurandan ayələr tilavət olunub. Daha sonra səfər iştirakçıları Ağdama yola düşüblər. Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, İdarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, dini konfessiya rəhbərlərinin nümayəndələri və digər din xadimləri iştirak edir. Səfər çərçivəsində Ağdam məscidində namaz qılınacaq.
ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO
Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb
Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama
18 yaşlı qız su kanalında batdı
|
|