14 Fev
2020
14:07
829

14
Fev
14:07



Azərbaycanın İsveçrədəki səfiri İsveçrə Parlamentinin Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrə Parlamentinin aşağı palatası Milli Şuranın (Konqres) sədri xanım İzabel More ilə görüşüb. Qeyd edilməlidir ki, Milli Şuranın sədri İsveçrədə ən yüksək ranqlı şəxs sayılır.

Səfirlikdən Xeberoxu.az-a verilən məlumata görə, görüşdə səfir parlamentlərarası əlaqələrin İsveçrə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu baxımdan İsveçrə Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının (Senat) prezidenti Jan-Rene Furnyenin keçən ilin sonlarında Bakıya səfərinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Eyni zamanda İsveçrə Parlamentində fəaliyyət göstərən azsaylı dostluq qruplarından birinin Azərbaycanla dostluq qrupu olmasından məmnunluq ifadə edilib.

Səfir X.İbrahimova İsveçrə Parlamentinin mart sessiyasında hər iki palatanın üzvləri üçün Səfirlik tərəfindən təşkil ediləcək Azərbaycan barədə ilk təqdimata toxunaraq, yaradılan bu imkana görə Parlament sədrinə minnətdarlığını ifadə edib. Qeyd edilib ki, İsveçrə parlamentariləri Azərbaycan barədə məlumatı əsasən mətbuatdan əldə etdiyi üçün onlara məlumatın daha dolğun və dürüst çatdırılması baxımından bu cür təqdimatların əhəmiyyəti çox böyükdür.

X.İbrahimova həmsöhbətini ölkəmizdə cari il fevralın 9-da baş tutan parlament seçkiləri barədə məlumatlandırıb, bu seçkilərin xalqın iradəsini əks etdirdiyini, 1300-dən çox namizədin 125 mandat uğrunda mübarizə aparmasının həm xalqın seçkilərə marağının, həm də seçkilərin rəqabət mühitində keçməsinin bariz nümunəsi olduğunu vurğulayıb. Bundan başqa, İsveçrədə 2019-cu ilin oktyabrında keçirilən parlament seçkilərində olduğu kimi Azərbaycanda da seçkilər nəticəsində Parlamentin 30%-nin yeniləndiyi, eləcə də yeni Parlamentin 20%-nin qadınlardan ibarət olacağı qarşı tərəfin diqqətinə çatdırılıb.

Görüşdə həmçinin, Azərbaycanla İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən struktur islahatlardan söz açılıb, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

X.İbrahimova Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuza toxunaraq, digər dövlətlərin ölkəmizi etibarlı tərəfdaş kimi görməsi sayəsində bu gün Azərbaycanın Qoşulmama Hərəkatı və GUAM kimi təşkilatlara sədrlik etdiyini diqqətə çatdırıb. İ.More Azərbaycanın nailiyyətlərindən məmnunluğunu dilə gətirərək, ölkəmizə gələcək fəaliyyətində uğurlar arzu edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Gündəm xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.