Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
11:02
144



Azərbaycanın nümayəndəsi Avropa Şurasında rəhbər vəzifəyə seçilib

2018-ci ilin dekabr ayının 4-də Strasburqda Avropa Şurasının insan hüquqlarının qorunması və ədalət mühakiməsi sahəsində ixtisaslaşan ən mötəbər qurumlarından olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti vəzifəsinə seçkilər keçirilib.

XeberOxu.Az-ın məlumatına görə,  Trend-in Avropa Şurasının mətbuat xidmətinə istinadən məlumatına görə, Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılan seçkilərdə Azərbaycanın təmsilçisi hakim Ramin Qurbanov Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti seçilib.

Adətən Qərbi Avropa ölkələri nümayəndələrinin rəhbərlik etdiyi Komissiyada Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisinin belə yüksək vəzifəyə seçilməsi əlamətdar bir hadisədir və Avropada mövcud ənənəvi yanaşmaları tamamilə dəyişib. Məlumat üçün bildirilir ki, əvvəlki prezidentlər Qərbi Avropa ölkələrinin - Almaniya, İtaliya, İngiltərə və Avstriyanın nümayəndələri olublar.

Ramin Qurbanov 2005-ci ildən Azərbaycanın nümayəndəsi olaraq həmin beynəlxalq qurumda müxtəlif məsul vəzifələrdə çalışıbr. O, Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə Komitənin altı ekspertindən biri, Büronun üzvü, sonradan həmin Komissiyanın vitse-prezidenti, habelə Avropa Şurasının İsveçrə, Estoniya, Gürcüstan, Kipr, Slovakiya, Litva, Makedoniya, Moldovaya təşkil edilən monitorinq qruplarının üzvü və rəhbəri olub.

Eyni zamanda, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) plenar iclasında ali idaretmə orqanı olan Büronun digər üzvləri – Vitse-prezident və iki üzv Fransadan xanım Laetitia Brunin və Maltadan Françesko Depaskuel seçiliblər.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa Şurasının 47 üzv dövlətinin başçılarının təşəbbüsü ilə yaradılmış və onun əsas məqsədi Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinin icrasının daha səmərəli təmin edilməsi və Avropa ölkələrində məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutunun səmərəliliyinin artırılmasından ibarətdir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Siyasət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]